<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Daim dua edin, Rəbbimiz deyir,
 Dua eyləyin ki, uğramayasız
 Bir çox çətinliyə, imtahana siz,
 Duada Ruh ilə dolun-daşın siz.

[C1]
   Dua Ruhun odu, alovudur, bil,
   Bizləri Göylərlə o birləşdirir.
   Qaranlıq gecədə işıqdır dua,
   Doldurur ürəyi ümidlə, nurla.
   Duanı Allaha borc bilməyək biz,
   Onu özümüzə borc bilməliyik.
   O gücdür bizimçün bu gün həyatda,
   Bununçün biz olaq daim duada.

[V2]
 Nə qədər çətinlik səni sıxsa da
 Həyatın ən şirin anıdır dua.
 Uzun çəkməsə də bəzən bu anlar,
 Lakin çox vacibdir, lazımdır dua.

[V3]
 Bəzən ürəklərə dəymiş yaradan
 Gözlərdən selləri axıdır dua.
 Allaha edilən acı fəryadı
 Bu an təsəlliyə çevirir dua.</lyrics>
<title>Daim dua edin, Rəbbimiz deyir İL404</title>
<hymn_number>404</hymn_number>
</song>